• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri cənab Erol Özvar, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov və digər rəsmi şəxslər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. / 28 Oktyabr, 2023

Ziyarətçilər öncə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş, daha sonra Kompleksin muzeyi ilə tanış olmuşlar. Qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan cinayət əməlləri -soyqırımı haqqında ətraflı məlumat verilmişdir. Sonda qonaqlara soyqırımı hadisələrindən bəhs edən kitab, bukletlər, eləcə də Kompleksin 10 illik fəaliyyətinə həsr olunmuş Hesabat kitabçası təqdim olunmuşdur.

Paylaş

Spread the love