Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmişlər. Kompleks əməkdaşlarını Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq sərəncamı ilə muzeyə yeni təyin olunmuş direktor tarix üzrə fəlsəfə doktoru Leyla xanım Məcidova qarşılamışdır. / 28 Noyabr, 2023
Diyarşünaslıq Muzeyi haqqında ətraflı məlumat verən Leyla Məcidova muzeyin əsasının 1934-cü ildə Mirzə Ağəli Əliyev tərəfindən qoyulduğunu, 3 mərtəbədən və 12 otaqdan ibarət olduğunu, əsas fondunda isə 6500-dən çox eksponatın saxlanıldığını qeyd etmişdir.
Sonda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi ilə əlaqələrin qurulması və birgə tədbirlərin keçirilməsi üçün razılıq əldə edilmişdir.
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi
Paylaş