• office@soyqirim.az
  • (023)335-37-07
“20 Yanvar – Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilmişdir. / 19 Yanvar, 2024

AMEA Lənkəran Regional Elmi Mərkəzinin, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “20 Yanvar – Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq səhifəsidir” adlı vebinar keçirilmişdir. Giriş sözü ilə çıxış edən Lənkəran REM-nin direktoru f.ü.f.d Mehman Əliyev tariximizin hüzn və qürur günü olan 20 Yanvar facisəsinin millətin azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda şücaət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu qeyd etmişdir. Daha sonra Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova “Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi-hüquqi qiymət” mövzusunda çıxış etmişdir. Tarixçi qeyd etmişdir ki, Ümummilli lider 21 yanvar 1990-cı il tarixində faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu qətliamı törədən şəxsləri kəskin şəkildə tənqid etmişdir. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir. Qeyd olunmuşdur ki, 20 Yanvar hadisələrinə 1994-cü il 29 mart tarixində siyasi-hüquqi qiymət verilmişdir. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova “20 yanvar qan yaddaşımızdır”, Gəncə Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının dosenti t.ü.f.d Gülarə Əliyeva “20 yanvar: Tarix yazmış qəhrəmanlar və unudulmağa məhkum satqınlar”, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d Sübhan Talıblı “25 yanvar Neftçala hadisələri” mövzularında məruzələri ilə çıxış etmişdir. Ümumilikdə, vebinarda müxtəlif 20-dən çox elmi işçi iştirak etmişdir.

Paylaş

Spread the love