• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərin qələmindən
Fazil Qaraoğlu
…Cümhuriyyət illərində Fövqəladə Təhqiqat Komissiyası öldürülənlərin və yaralananların sayını aydınlaşdırmaq istərkən çox çətinlik çəkdi, çünki neçə-neçə ev hələ də bomboş idi və qırğından əvvəl orada yaşayan sakinlərin sayını dəqiqləşdirmək üçün bir kimsə tapmaq mümkün deyildi. Sonra ermənilərin hücumu şəhərin digər rayon və məhəllələrinə yayıldı. Onlar hücum zamanı pulemyotlardan istifadə edirdilər. Qurbanların nə zənəninə, nə kişisinə, nə də yaşına məhəl qoyulurdu. Ermənilər artıq sadəcə müsavatçıları deyil, ümumiyyətlə, müsəlmanları qırır, onların nə sosial vəziyyətlərinə, nə də partiya mənsubiyyətlərinə baxırdılar.
Mənbə: Ermənilər və Həqiqətlər. I cild (Səh. 227)
 

\

Paylaş

Spread the love