• office@soyqirim.az
  • (023)335-37-07
31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 106-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba rayonu İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə anım tədbiri-kütləvi ziyarət keçirilib. / 31 Mart, 2024
Anım tədbirində Quba RİH-nin başçısı cənab İlqar Mahmudov, Azərbaycan Respublikasının Mədəniyyət nazirirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Ağayev, hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, media nümayəndələri, eləcə də onminlərlə insan iştirak edib.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini, daha sonra isə 1918-ci il soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin qarşısına gül dəstələri düzərək kompleksin muzeyi, həmçinin 1918-ci ildə belarusiyalı fotoqraf Lev Daşkeviç tərəfindən lentə alınmış foto-sərgi ilə yaxından tanış olublar.
Sonda Azərbaycan Respublikasının Mədəniyyət Nazirirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Paylaş

Spread the love