• office@soyqirim.az
  • (023)335-37-07
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 7-də Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədov Quba rayonunda vətəndaşların qəbulunu keçirmiş və səfər çərçivəsində cənab Nazir Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında ölkə Prezidentinin cari ilin yanvarında imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncamının müstəsna əhəmiyyətini vurğulamışdır. / 7 Mart, 2018

Paylaş

Spread the love