Martın 7-də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Kompleksin direktoru Rəxşəndə Bayramova əməkdaşları salamlayaraq xanımları bayram münasibətilə təbrik etdi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. O, qeyd etdi ki, Azərbaycan qadınları zərif olduğu qədər də güclüdürlər. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında tam aydın görmək mümkündür. Birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimizin, dövlətçiliyimizin naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Bayram münasibətilə qadınlara gül dəstələri həmçinin hədiyyələr təqdim olundu və tədbir çay süfrəsi ilə yekunlaşdı. / 7 Mart, 2018
Paylaş