• office@soyqirim.az
  • (023)335-37-07
27 Sentyabr - Anım Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir keçirilib. / 26 Sentyabr, 2024
Tədbirdə II Qarabağ savaşında iştirak edərək yaralanan qazimiz Taryel Ağasiyev və Soyqırımı Memorial Kompleksinin 20-yə yaxın əməkdaşı iştirak edib.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kompleksin direktoru qazimizi, tədbir iştirakçılarını salamlayaraq Anım Gününün təsis olunması haqqında məlumat vermişdir. Kompleksin direktor müavini Mehriban Əliyeva məruzə ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2- dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Daha sonra çıxış edən qazi Taryel Ağasiyev qeyd etmişdir ki, Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən savaşda qəhrəmanlıq nümayiş etdirən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq olaraq birlik və həmrəylik göstərmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Sonda qazi Taryel Ağasiyev ilə xatirə fotosu çəkdirilib.

Paylaş

Spread the love