• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərinin ümumtəhsil müəssisələrində Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı və davamlı gələcək” mövzusunda tədbir keçirilmişdir. / 30 Oktyabr, 2024

Tədbirdə cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 çərçivəsində ölkəmiz tərəfindən iqlim dəyişikliyinin təsirləri ilə milli, regional və qlobal səviyyədə mübarizə istiqamətində göstərilən səylərdən, eləcə də, Ermənistanın uzun illər Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə və təbii resurslara vurduğu zərərdən söhbət açılıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin  mahiyyətindən bəhs edərək, 30 ilə yaxın müddətdə erməni vandalları tərəfindən işğal altında olmuş ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı və ekoloji terror haqqında məlumat verib. Kompleks tərəfindən təşkil olunan tədbirdə 100-dək müəllim və şagird heyəti iştirak etmişdir.

Paylaş

Spread the love