• qsmk@soyqirim.az
  • (023)336-37-07
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Türkdilli xalqların əməkdaşlığı” çərçivəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan məktəblilər və nümayəndələr Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. / 22 Mart, 2018

Ziyarətçilərə bildirilib ki, Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

Paylaş

--->
[lgxlogoslider id="10212"]