• office@soyqirim.az
  • (023)335-37-07
Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə silsilə olaraq keçirilən “Tarixi həqiqətləri unutmayaq” adlı vebinarın növbəti hissəsi təşkil olunub. Vebinarda “Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu və Soyqırımı Memorial Kompleksinin əməkdaşları arxiv sənədlərinə əsasən hazırladıqları məqalələrlə çıxış ediblər. / 11 Mart, 2025

Məruzəçilər Lətafət Beybutova “1918-ci il soyqırımı hadisələri Bakı qəzasının şahid ifadələrində – Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında”, Naibə Məmmədova “”1918-ci il soyqırımı zamanı Pir-Hüseyn Xanəgahına dəymiş ziyan”, Səriyyə Abidova ” Qubada 1918-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri”, Orxan Hüseynov “1918-ci il soyqırımı zamanı Bakı qoçularının vətənpərvər dəstələrinin erməni silahlı birləşmələrinə qarşı mübarizəsi” mövzularında çıxış ediblər.
Vebinar çərçivəsində erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınlar, bu hadisələrin şahid ifadələri və tarixi sənədlərlə təsdiqlənmiş faktları müzakirə olunub. Məruzəçilər Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, şahid ifadələri və arxiv materialları əsasında faktları elmi şəkildə analiz edərək Azərbaycan tarixinin bu acı səhifəsinin daha dərindən öyrənilməsi üçün yeni yanaşmalar ortaya qoyublar.
Vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 30-a yaxın əməkdaşı iştirak etmişdir.

Paylaş

Spread the love