Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlılara qarşı soyqırımların 107-ci ildönümü ilə əlaqədar və Yaşıl dünyaya töhfə vermək məqsədilə ağacəkmə kampaniyası həyata keçirib. / 17 Mart, 2025
Tədbir 17 mart 2025-ci il tarixində Quba rayonunun Xucbala kəndi ərazisində təşkil olunub.
Kampaniya çərçivəsində Kompleks əməkdaşları tərəfindən iqlimə uyğun 200 şam ağacı əkilib.
Xatırladaq ki, Soyqırımı Memorial Kompleksi tərəfindən onlayn ağacəkmə kampaniyası da keçirilməkdədir. Kampaniyaya qoşulmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Paylaş