Quba şəhərində "Soyqırımı Memorial Kompleksi", "Çıraqqala Şabran” Dövlət Memarlıq Qoruğu və "Pir hüseyn Xanəgahı" Dövlət Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar vebinar keçirilib. / 15 Aprel, 2025
Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova beynəlxalq miqyasda abidələrin qorunması və onların mədəni irsimizdəki əhəmiyyətini vurğulayıb. O, həmçinin, Azərbaycanın zəngin tarixi irsinin gələcək nəsillərə çatdırılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Daha sonra Pirhüseyn Xanəgahı Dövlət Memarlıq Qoruğunun direktoru Məhərrəm Müslümov bu cür tədbirlərin abidələrin qorunması və təbliği mövzusunda mühüm rol oynadığını bildirib.
Çıxış edən “Çıraqqala Şabran” Dövlət Memarlıq Qoruğunun direktoru Günel Pirquliyeva da Azərbaycandakı abidələrin tarixi və mədəniyyətini tanıdan tədbirlərin təşkilinin vacibliyini vurğulayıb. O, bu cür təşəbbüslərin xalq arasında mədəni irsin qorunmasına və təbliğinə fayda verdiyini qeyd edib.
Daha sonra Soyqırımı Memorial Kompleksinin əməkdaşları dünyanın müxtəlif yerlərində yerləşən, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələr haqqında ətraflı məlumatlar veriblər. Belə ki, çıxışçılar tərəfindən Maça Piçu, Əl Hambra, Müqəddəs Ailə Məbədi, Luvr Muzeyi, 47 Ronin Abidəsi və digər məşhur abidələr barədə müfəssəl məlumatlar təqdim olunub. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş vebinarda adı qeyd olunan qoruqların ümumilikdə 40-a yaxın əməkdaşı iştirak edib.
Paylaş