• qsmk@soyqirim.az
  • (023)336-37-07
Özbəkistanlı müəllimlər üçün növbəti təlim keçirilib / 21 Noyabr, 2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlığı çərçivəsində özbəkistanlı müəllimlər üçün növbəti təlim keçirilib. Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki Pedaqoji Bacarıqlar Mərkəzlərinin rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Muzey və qoruqların gənc nəslin maarifləndirilməsində rolu” adlı təlimdə iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Soyqırımı Memorial Kompleksinin muzeyi ilə tanış olublar. Kompleksin əməkdaşları qonaqlara muzeydə sərgilənən sənəd və fotoşəkillər haqqında ətraflı məlumat veriblər. Giriş sözü ilə çıxış edən kompleksin direktor müavini Mehriban Əliyeva qonaqları salamlayaraq Özbəkistan və Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb. O bildirib ki, son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan–Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi əlaqələri nəticəsində sürətlə inkişaf edir. Daha sonra çıxış edən Əndican vilayəti Pedaqoji Məharət Mərkəzinin direktor müavini Qurbonov Utkirbek və Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzinin “Dillərin tədrisi metodikası” kafedrasının müdiri Duşayeva Nazokat təşkil olunan təlim proqramına görə təşəkkür edib, təhsil sahəsindəki yeniliklər və əməkdaşlıq imkanlarından danışıblar. Natiqlər qeyd ediblər ki, Azərbaycan–Özbəkistan münasibətləri qədim tarixə malikdir və iki xalqı yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Paylaş

Spread the love