• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqirimi Memorial Kompleksi” və Quba Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi ilə birgə keçirdiyi tədbir. / 24 Aprel, 2018

24.04.2018- ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi” və   Quba Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi ilə birgə,   Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar  “Tarixi Həqiqətlər” mövzusunda tədbir təşkil edilmişdir.  İlk öncə tədbir iştirakçıları 1918-ci il soyqırım qurbanlarının xatirəsini əbədiləşdirən abidəni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova qonaqları salamlayaraq  onlara erməni daşnaklarının  Azərbaycan torpaqlarında  törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişdir. Daha sonra Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Saməddin Nəsirov deyilənlərə əlavə olaraq, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarını, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində böyük işlər görüldüyünü vurğuladı.  Sonda iştirakçılara soyqırım hadisələrini əks etdirən sənədli filim nümayiş olundu.

Paylaş

Spread the love