Cənub Qaz Dəhlizi layihəsi üzrə sazişlər

Azərbaycan Respublikasının həyata keçirdiyi ən mühüm beynəlxalq layihələrdən biri olan Cənub Qaz Dəhlizinin əsası 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə Yekun İnvestisiya Qərarının qəbul edilməsi ilə təşkil edilmişdir. Bu qərar Xəzər dənizində yerləşən Şahdəniz qaz yatağının ikinci mərhələsinin işlənməsini və böyük həcmdə təbii qazın hasilatını mümkün etdi. Cənub Qaz Dəhlizi Azərbaycan qazının Xəzər hövzəsindən Avropa bazarlarına təhlükəsiz və davamlı şəkildə çatdırılmasını təmin edən strateji enerji dəhlizidir və bir neçə mühüm beynəlxalq sazişə əsaslanır.
Azərbaycan və Türkiyə arasında bağlanan bu müqavilə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etmişdir. TANAP Gürcüstan sərhədindən başlayaraq Türkiyə ərazisindən keçərək Avropaya uzanır və həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Bundan əlavə, Cənub Qaz Dəhlizi çərçivəsində layihənin keçdiyi bütün ölkələrlə hökumətlərarası və ev sahibi ölkə sazişləri imzalanmışdır. Bu sənədlər boru kəmərlərinin tikintisi, istismarı, hüquqi və vergi məsələlərinin tənzimlənməsi baxımından mühüm rol oynayır və layihənin uzunmüddətli sabitliyini təmin edir. Cənub Qaz Dəhlizi layihəsi üzrə imzalanmış sazişlər Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmiş, ölkənin iqtisadi inkişafına və siyasi nüfuzunun artmasına əhəmiyyətli töhfə vermişdir.
Paylaş