• qsmk@soyqirim.az
  • (023)336-37-07
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş vebinar keçirilib. / 13 Mart, 2026

 

Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən vebinarda 1918-ci ilin soyqırımı hadisələrinin tarixi mahiyyəti, Azərbaycan xalqına qarşı törədilmiş qırğınların nəticələri və bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə çıxışlar olunub.
Gəncə Dövlət Tarix-mədəniyyət qoruğunun elmi işçisi Vəfa Əliyeva çıxış edərək 1918-ci ilin mart hadisələrinin tarixi faktlar əsasında araşdırılmasının vacibliyini vurğulamış, həmin dövrdə azərbaycanlılara qarşı törədilən qırğınların yaddaşlarda yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışmışdır.
Daha sonra çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva 1918-ci ildə Quba və ətraf bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilmiş qırğınlar, aparılan arxeoloji tədqiqatlar və kütləvi məzarlıqların aşkar olunmasının tarixi əhəmiyyəti barədə vebinar iştirakçılarına ətraflı məlumat verib.
Vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən qoruqların ümumilikdə 30-a yaxın əməkdaşı iştirak edib.

 

Paylaş

Spread the love