1918-ci il azərbaycanlılara qarşı soyqırımların 108-ci ildönümü ərəfəsində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə ziyarətçi axını davam etməkdədir. Belə ki, bu gün Kompleksi Yeni Azərbaycan Partiyasının Nizami və Quba Rayon Təşkilatlarının rəhbər şəxsləri və əməkdaşları, gənclər, eləcə də Sahibkar Qadınlar İctimai Birliyinin sədri və əməkdaşları ziyarət ediblər. Onlara soyqırımı hadisələri haqqında ətraflı məlumat verilib. / 28 Mart, 2026
Paylaş