• office@soyqirim.az
  • (023)335-37-07
Quba müdafiəçiləri

 

 

Muzeyin “Quba qəzasının müdafiəçiləri” bölməsində Bakı sovetinin rəhbəri S. Şamuyanın göstərişi ilə 1918-ci ilin aprel-may aylarında Quba qəzasında amansızcasına qətillər və qarətlər törətmiş, türk-müsəlmanlara qarşı xüsusi nifrət bəsləyən daşnak Hamazasp və onun rəhbərlik etdiyi 3 minlik erməni quldur dəstələrinə qarşı mərdliklə döyüşən Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Əlibəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən – Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərlərinin foto-şəkilləri nümayiş olunur.

      Bundan əlavə ekspozisiyada Quba qəzasının müdafiə dəstələrinin daşnak-ermənilərə qarşı şiddətli döyüşlər apardığı Digah, Xucbala kəndləri arasında “Qanlı dərə” adlanan ərazinin görüntüsü, həmçinin həmin hadisələrlə bağlı dövrün ən vacib sənədlərindən hesab edilən Dəvəçinin (Şabran) Kilvar kəndinin 90 nəfər erməni əhalisi tərəfindən həyatlarının, əmlaklarının və təhlükəsizliklərinin qorunması ilə bağlı onlara heç bir zərər ziyan dəyməməsi ilə bağlı imzalanmış sənədin surəti nümayiş olunur.

 

Paylaş

Spread the love
--->