Quba şəhərində “Soyqırım Memorial Kompleksində 1 noyabr tarixində veb-saytın yeni versiyasının təqdimatı keçirilmişdir. Tədbiri açıq elan edən Kompleks direktoru R. Bayramova bildirib ki, bizim əsas məqsədimiz XX əsr tarixinin soyqırımı və dəhşətli faciələrini, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Tariximizin qan yaddaşı olan soyqırım hadisələrinin insanlara çatdırılması və bu sahədə təbliğatların aparılması istiqamətində 2017-ci ildən hazırlanmış “soyqirim.az” veb-saytı 2018-ci ilin fevral ayından aktivləşdirilmişdir. Veb-saytda mütəmadi olaraq Kompleksə gələn rəsmi qonaqlar, keçirilən respublika və rayon əhəmiyyətli tədbirlər barədə məlumatlar izləyicilərə təqdim olunmuşdur.
Sayt 5 bölmədən: Əsas səhifə, “Kompleks haqqında”, “Xəbərlər”, “Qanlı yaddaş”, “Əlaqə” hissələrindən ibarət idi. Müasir standartlara cavab verəcək tələbləri nəzərə alaraq yeni versiyada veb-saytın yaradılması üçün mövcud saytın fəaliyyəti bir müddət dayandırılmışdır. Elmi şöbənin əməkdaşları tərəfindən yenilənən veb-saytda görülən işlər barədə məlumatı vermək üçün direktor çıxış üçün sözü şöbənin müdiri L.Beybutova verdi. L.Beybutova qeyd etdi ki,yeni formatda sayt daha əlverişli formada hazırlanmışdır. Beləki dəyişikliklər aşağidakılardır:
Təcrübə məqsədi ilə veb-saytın yeni versiyasının hazırlanması üçün Kompleksin foto-video kompyuter mütəxəssisi O.Orucov və Kompleksin zal nəzarətçisi X. Nuhbalayev Bakıya ezam olunmuş və əldə etdiyi bilikləri saytda tətbiq edəcəylərini bildirdilər. Bundan sonra Memorial Kompleksin məlumatları mütəmadi olaraq saytın bölmələrində oxuculara təqdim olunacaq. Sonda yeni veb-sayta baxış keçirildi.