30 oktyabr 2018-ci il tarixdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili cənab Olav-Nils Thuenin rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaqlar və onları müşaiyət edən RİH-rəsmiləri Quba şəhərində “ Soyqırımı Memorial Kompleksi” ni ziyarət etmişlər. Qonaqları Kompleksin direktoru Rəxşəndə Bayramova salamlayaraq, XX əsr tarixinin soyqırımı və dəhşətli faciələri, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətləri haqqında geniş məlumat vermişdir. Daha sonra ziyarətcilər faciə qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etmişlər. Sonda qonaqlara soyqırım hadisələrini əks etdirən kitablar və bukletlər təqdim edilmişdir.