Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə “Tarixi filmlər” layihəsi çərçivəsində filmlərin nümayişi davam etdirilir. 18.01.2019-cu il tarixində saat 15.00 da kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 yanvar faciəsi haqqında çəkdiyi “Qanlı Yanvar” filmi nümayiş etdiriləcək. Tarixi əhəmiyyətli filmin əsas süjet xəttində real hadisələr lentə alınıb. Filmdə 20 Yanvar şəhidlərinin Vətənin azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlarından bəhs olunur.