Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin təşəbbüsü ilə “Tarixə səyahət” layihsinin davamı olaraq, 20.02.2019-cu il tarixində Bakı şəhəri Binəqədi YAP-sı fəal gənclərinin iştirakı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir təşkil edilmişdir. 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara, o cümlədən azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə qarşı törətdikləri bəşəri cinayətləri haqqında ətraflı söhbətlər aparılmışdır.
Daha sonra Kompleksin bələdçisiı muzeydə olan Quba soyqırımına aid ayrı – ayrı tarixi sənədlər, eksponatlar haqqında məlumat verərək, ziyarətçiləri maraqlandıran sualları cavablandırmışlar. Sonda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.