• office@soyqirim.az
  • (023)335-37-07
Kompleks əməkdaşları və Qusar məktəbliləri Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər. / 4 Mart, 2019

Ümumtəhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 04.03.2019-cu il tarixində Quba şəhərində “ Soyqırımı Memorial Kompleksi” nin əməkdaşları və Qusar şəhər 1№ li tam orta məktəbinin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivi 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin qarşısında “Rədd olsun erməni vandalizmi!” şüarı ilə çıxışlar edərək, dünya ictimaiyyətinin soyqırımı həqiqətlərini tanımaga və mənfur erməni cəlladlarının nəhayət layiq olduqları yeri göstərməyə dəvət etmişlər.
Abidə önündə natiqlər xalqımıza qarşı 1918-ci ildə millətçi erməni-daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı ölkəmizin müxtəlif regionlarında, həmçinin Qusar ərazisində də milli-dini zəmində kütləvi soyqırımı və talanlar xüsusi amansızlıqla həyata keçirilmişdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.
Məktəbin direktoru Dilşad Şinqarova çıxış edərək bildirmişdir ki, düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışmış və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olmuşlar. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs bir məkandır.
Sonda Kompleks əməkdaşları və iştirakçılar tərəfindən abidənin önünə tər güllər düzülmüşdür.

Paylaş

Spread the love