• office@soyqirim.az
  • (023)335-37-07
“31 mart Azərbaycanlıların Soyqırımı günü”nə hazırlıqla əlaqədar Kompleksdə genişləndirilmiş xidməti iclas keçirilmişdir. / 5 Mart, 2019

“31 mart Azərbaycanlıların Soyqırımı günü”nün və eləcə də yaz-yay mövsümünün gəlişi ilə əlaqədar Kompleksdə genişləndirilmiş xidməti iclas keçirilmiş və qarşıda duran vəzifələr təhlil edilərək əməkdaşlara müvafiq tapşırıqlar verilmişdir. Çıxış edən kompleksin direktor müavini Mehriban Əliyeva Kompleks daxilində 2019-cu ilin yanvar ayından etibarən qüvvədə olan daxili nizam intizam qaydalarının icra vəziyyəti barədə ətraflı məlumat vermişdir. Elmi şöbənin müdiri Lətafət Beybutova və Təsərrüfat şöbəsinin müdiri Ayaz Ağayev 2019-cu ilin 2 ayı ərzində görülmüş işləri təhlil edərək müvafiq təkliflərlə çıxış etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova qarşıdakı ayda görüləcək işlərdən bəhs edərək müvafiq bölgü aparıldığını nəzərə çatdıraraq, hər bir şöbə əməkdaşlarının məsul olduğu işlərlə bağlı tapşırıqlar vermişdir. Hər bir əməkdaşa vəzifə bölgüsünə əsasən öz işlərinə daha məsuliyyətli yanaşmaları tövsiyyə olunmuşdur.

Paylaş

Spread the love