• office@soyqirim.az
  • (023)335-37-07
Müdafiə Nazirliyinin xətti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, C. Naxçıvanski adına hərbi liseyin şəxsi heyəti və kursantları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ndə. / 30 Mart, 2019

30.03.2019-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, C. Naxçıvanski adına hərbi liseyin şəxsi heyəti və kursantları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ndə faciə qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etmişlər. Qonaqları, Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova salamlayaraq 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara, o cümlədən azərbaycanda yaşayan digər xalqların
nümayəndələrinə qarşı törətdikləri bəşəri cinayətləri haqqında ətraflı məlumat vermişdir. Sonda qonaqlara soyqırım hadisələrini əks etdirən kitablar və bukletlər təqdim edilmişdir.

Paylaş

Spread the love