07.06.2019-cu il tarixində Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsmanın) Quba Regional Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı” çərçivəsində gənclərin iştirakı ilə “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir. TədbirdəAzərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsmanın) Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QRİH-nin məsul əməkdaşı Qəmbər Abdullayev və Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova mövzu barədə çıxışlar etmişlər.
Çıxış edən natiqlər belə məzmunlu tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən azyaşlı və gənclərin hüquqlarının müdafiəsi, insan hüquqlarının təmin olunmasında yeni mərhələ açan Milli Fəaliyyət Proqramında bu sahə üzrə prioritet istiqamətlərin müəyyən olunmasından bəhs etmişlər. Çıxışlarda bir daha vurğulanmışdır ki, tədbirin keçirildiyi Soyqırım muzeyi heç də təsadüfi seçilməmişdir. Beləki, məhs bu məkanda 101 il öncə kütləvi surətdə dinc günahsiz insanların yaşamaq hüquqları əllərindən alınmışdır. Kütləvi məzarlığın aşkarlandığı bu müqəddəs məkanda belə maarifləndırıcı tədbirlərin keçirilməsi dünyaya bir ismaricdır.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı bukletlər təqdim olunmuşdur.