Ümumtəhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 24.02.2020-ci il tarixində Xaçmaz şəhər 1№ li tam orta məktəbinin rəhbərliyinin, həmçinin müəllim və şagird kollektivinin iştirakı ilə “Tarixin qanlı izləri” adlı tədbir təşkil edilmişdir. Tədbirdə RİH-nin baş məsləhətçisi Yaqut Məsimova, Soyqırımı Memorial Kompleksinin Elmi şöbəsinin müdiri Lətafət Beybutova və mütəxəssislər Orxan Hüseynov, Ülkər Zeynalova çıxışlarında təşkil olunan layihənin əhəmiyyətindən danışaraq, Azərbaycan soyqırımları haqqında ictimaiyyətin, xüsusən gənclərin maarifləndirilməsinin vacibliyindən, gənclərimizin beynəlxalq tədbirlərdə erməni yalanına cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmaları, ən vacibi isə onlar arasında tarixi keçmişimizə hörmət hisslərini aşılayıb, faciələrimizin unudulmamasının vacibliyini vurğuladılar. Tədbirin sonunda məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitablar təqdim olunmuşdur.