• office@soyqirim.az
  • (023)335-37-07
#evdəqal #elmdənqalma Maarifləndirici seminarlarımız davam edir Aprelin 21-də keçirilən növbəti seminar "1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımları"na həsr olundu. / 21 Aprel, 2020

 

Bugün Soyqırımı Memorial Kompleksinin direktoru t.ü.f.d.Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları t.ü.f.d.dos Natig Məmmədzadə, t.ü.e.d.dos.Vaqif Abışov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d. dos.Sübhan Talıblı, tarixçi, dəyərli tədqiqatçı Elmar Həsənli məruzələrlə çıxış etdilər.
Seminarda 1918-ci ilin yazında Bakı quberniyasında, Quba qəzasında baş vermiş soyqırımı və yerli qüvvələrin müqaviməti, Gəncə quberniyası və Lənkəran qəzasında türk-müsəlmanların soyqırımı, Cənubi Azərbaycanda türk-müsəlmanların soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin soyqırımlarının tanıdılması ilə bağlı gördüyü işlər və Fövqəladə Təhqiqat Komissiyasının həyata keçirdiyi tədbirlərdən danışıldı.

Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.

 

Paylaş

Spread the love