Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk” gənclər təşkilatının sədri Ülviyyə Cabbarova və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Finlandiya azərbaycanlılarının Azərbaycan muzeylərinə onlayn səyahəti” layihəsi çərçivəsində “1918-ci il Azərbaycanlıların soyqırımı” adlı seminar keçirilmişdir. Seminarın keçirilməsində məqsəd erməni vandalizminin iç üzünü göstərmək və soyqırımı hadisələrini tarixi faktlarla təbliq etmək olmuşdur. Seminarda Skandinaviya ölkələrində, o cümlədən Finlandiyada yaşayan azərbaycanlılar və həmin ölkənin vətəndaşları bundan əlavə İngiltərə, Fransa, Almaniya, Niderland, Amerika, Yunanıstanda yaşayan soydaşlarımız iştirak etmiş, Modiratorluğu Ülviyyə Cabbarova , məruzələri isə Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və Kompleksin ingilis dilli mütəxəssisi Aygün Agamirzəyeva iştirakçılara 3 dildə təqdim etmişlər.
Xatırladaq ki, Layihə digər qoruq və muzeylərin tanıdılması ilə davam edəcəkdir.