1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımları barədə Azərbaycan Xalq Cümhuriyyəti Xarici İslər Naziri Məmmədhəsən Hacinskinin 15 iyul 1918-ci ildə hökumətə ünvanladığı məruzəsi və həmin tarixdə bu məruzəyə əsasən hazırlanmış çıxarışı, 30 avqust 1918 cil il tarixində isə çıxarışa müvafiq olaraq Fövqəladə Təhqiqat Komissiyanın yaradılması haqqında Gəncə şəhərində imzalanmış qərarın surəti Kompleksin muzeyində nümayiş olunur. Həmin sənədlərin fotoşəkillərini və mətnini təqdim edirik.

Report to the government of the Minister of Foreign Affairs of the ADR Mamedhasan Hajinsky dated July 15, 1918 on the genocides committed against Azerbaijanisand, an extract prepared on the basis of this report, as well as a copy of the decree signed in Ganja on August 30, 1918 on the establishment of the Extraordinary Investigative Commission. We present photographs and text of these documents.
I hissə: HÖKUMƏTƏ MƏRUZƏ
Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərər çəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun:
1. Bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması;
2.Həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi;
3.Müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi;
Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası bir xarakter daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və, təbiiki, türk) elan edilməli və geniş yayılmalıdır. Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır. Hadisələrin isti izlərlə asanlıqla müəyyən edilməsi üçün – şəxslərin dindirilməsi, foto-şəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır. Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 00 0rubl pul ayrılsın.
Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınski, Yelizavetpol. 15 iyul 1918-ci il.