Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” layihəsinə əsasən , Azərbaycanın müxtəlif bölgələrinə turlar təşkil olunmuşdur. Layihə çərçivəsində 19.03.2016 cı ildə Naxçıvan Muxtar Respublikasından gələn məktəblilər Qubaya səfər etmişdir. Səfər zamanı onlar Soyqırım kompleksində olmuşlar. Məktəblilərə 1918 ci ildə baş verən hadisələr haqqinda kompleksin bələdçiləri ətraflı məlumat vermişlər.