23 dekabr 1947-ci il SSRİ Nazirlər Sovetinin Azərbaycanlıların tarixi torpaqlarından kütləvi şəkildə deportasiya edilməsi barədə qərarı.
1920-ci ildən sonra Zaqafqaziyanın Sovetləşməsindən istifadə edən ermənilər, çirkli məqsədləri üçün Sovet rejiminin köməyi ilə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR ərazisinə qatmaq adı ilə zəbt etməyi bacardılar.
Bunun ardınca düşünülmüş şəkildə Qərbi Azərbaycan ərazisindən Azərbaycanlıların deportasiyası həyata keçirilməyə başlanıldı. Erməni daşnaklar Qərbi Azərbaycan ərazisindən köçürülməni rəsmiləşdirmək məqsədilə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarın qəbuluna nail oldular. Sənəd “Kolxozçuların və digər Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” başlıqlı idi və bu qərar Azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasının rəsmiləşdirilməsi idi. Qərar günahsız Azərbaycanlılara qarşı cinayət əməli və sovet hökumətinin qəbul etdiyi ən ədalətsiz qərarlarından biri idi.
Nəticəsi isə dəhşətli oldu. Beləki 1948-1953-cü illərdə 150 mindən çox Azərbaycanlı kütləvi surətdə Qərbi Azərbaycan torpaqlarından -Ermənistan SSR ərazisindəki doğma yurdlarından didərgin salındı, onlara qarşı ağır repressiyalar həyata keçirildi.
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirildi, qədim toponimlərin müasir erməni adları ilə əvəzlənməsi prosesi başladı, bir çox tarixi abidələr eləcə də dini ibadətgahlar- məscidlər qəbristanlıqlar dağıdıldı.
Paylaş