• office@soyqirim.az
  • (023)335-37-07
Əziz izləyicilərimiz, artıq bir müddətdir Soyqırımı Memorial Kompleksində yeni maarifləndirici layihənin keçirilməsinə başlanılmışdır / 26 İyun, 2021

Belə ki, Kompleksin muzeyində əlamətdar və tarixi günlərdə həm əməkdaşlar, həm də iştirak etmək istəyən ziyarətçilər üçün əvvəlcədən müəyyənləşdirilmiş vaxtda elanlar verilməklə maarifləndirici seminarlar təşkil olunur. Bugün növbəti”26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr edilmiş seminar keçirilmişdir. Seminarda ilk olaraq Silahli qüvvələrimizin tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, daha sonra isə ” Milli Ordumuz Qürurumuzdur!” mövzusunda Ülkər Zeynalovanın məruzəsi dinlənilmişdir.

 

Paylaş

Spread the love