fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
İyulun 5-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə Quba şəhərində təhsil ictimaiyyəti və SDU-nun məzunları ilə görüş keçirilmişdir. / 5 İyul, 2022
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin bir qrup əməkdaşının da iştirak etdiyi tədbirdə SDU-nun 60 illik nümunəvi fəaliyyəti, universitetin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar, növbəti dövr üçün qarşıya qoyulmuş məqsəd və hədəflər haqda iştirakçılara geniş məlumat verilmişdir.
Tədbirdə SDU-nun dosenti Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, universitetin Karyera mərkəzinin müdiri Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov və SDU-nin TGT-nın sədri, universitetin III kurs tələbəsi Elmin Novruzlunun çıxışlar etmişlər. Məruzəçilər Sumqayıt Dövlət Universitetinin qabaqcıl beynəlxalq təcrübəsindən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlarından, eləcə də Sumqayıt Dövlət Universitetinin məhz Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilməsindən bəhs etmişlər.
Tədbirin sonunda Sumqayıt Dövlət Universitetin rəhbərliyi adından görüş iştirakçılarına müxtəlif hədiyyələr təqdim edilmiş və universitetin keçdiyi inkişaf yolunu əks etdirən videorolik nümayiş iştirakçılara təqdim olunmuşdur.

Spread the love