• office@soyqirim.az
  • (023)335-37-07
Bu gün Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın doğum günüdür. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” məhz Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmişdir. / 26 Avqust, 2022
Məhz bu dəstək sahəsində bu gün Soyqırımı Memorial Kompleksinin kollektivi Azərbaycan həqiqətlərini, erməni qəsbkarlarının ölkəmizə qarşı həyata keçirdiyi soyqırımı siyasətini dünya ictimaiyyətinə çatdırılması istiqamətində durmadan çalışır.
Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Soyqırımı Memorial Kompleksini artıq 1 milyondan çox insan ziyarət etmişdir ki, bunun 250 mini xarici vətəndaşdır.
Mehriban xanım hər zaman bir çox sahələrdə olduğu kimi, Azərbaycan tarixi və mədəniyyətinə çox həssaslıqla yanaşmış, Azərbaycan həqiqətlərini dünyada tanıdılması istiqamətində rəhbərlik etdiyi Fondla birlikdə böyük fəaliyyət göstərmişdir.
Mehriban xanımı doğum günü münasibətilə təbrik edir və işlərində daim uğurlar arzu edirik.
Hörmətlə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi

Paylaş

Spread the love