• office@soyqirim.az
  • (023)335-37-07
Zəfər Günü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə daha bir seminar keçirildi. / 2 Noyabr, 2022

Şuşa ili çərçivəsində “Soyqırımı Memorial Kompleksi”ndə tarixi Azərbaycan torpaqları, Qarabağın tarixi, Şuşanın Azərbaycan tarixində rolu ilə bağlı elmi seminarlar keçirilməkdədir. Bu seminarlardan biri də Zəfər Günü ərəfəsində həyata keçirilib, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, Dövlət mükafat laureatı professor Tofiq Mustafazadə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Qarabağ və İrəvan xanlığının tarixi” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd edək ki, Professor T.Mustafazadənin indiyədək 220-dən çox elmi əsəri (o сümlədən 50-dən çoxu xariсdə) və metodik vəsaiti çap olunmuşdur. Onun elmi-tədqiqat fəaliyyəti çoxşaxəlidir. Professor Azərbaycan xanlıqlarının tarixi, erməni saxtakarlığına qarşı mübarizə, ümumi tarixlə bağlı tədqiqat və mənbələrin tərcüməsi ilə məşğuldur. Kompleksdə keçirilmiş seminar zamanı tarixçi professor Qarabağ və İrəvan xanlığının yaranması, inkişafı və xanlıqlar arası münasibətlər və ermənilərin bu torpaqlar köçürülməsinin dövrlərini tarixi faktlarla seminar iştirakçılarının diqqətinə çatdırmışdr. Sonda tarixçi alim müəllifi olduğu kitablardan bir neçəsini Kompleksin nadir fonddan ibarət kitabxanasına hədiyyə etmişdir.

Paylaş

Spread the love