Belə ki, 15.02.2023-cü il tarixində Kompleksin direktoru Dr. Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilmiş I onlayn seminarda Kompleksin əməkdaşları – Mehriban Əliyeva “Quba qəzasının müdafiəçiləri – Həmdulla əfəndi”, Orxan Hüseynov “Bakı qoçuları”, Səriyyə Abidova “Qafqaz İslam Ordusnun Bakını azad etməsi”, Emin Ulubəyov isə “XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr” mövzusunda çıxışlar etmişlər.
16.02.2023-cü il tarixində keçirilmiş onlayn seminarda isə Kompleksin əməkdaşları – Lətafət Beybutova “Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrovpaşa bəy Sultanov”, Namiq Bağırlı “Cümhuriyyət fədaisi Həbib bəy Səlimov”, Ülkər Zeynalova isə “İsmayıl Ziyadxanlının siyasi-diplomatik fəaliyyəti” mövzusunda çıxışlar etmişdir.
Qeyd edək ki, onlayn seminarlarda Soyqırımı Memorial Kompleksi əməkdaşları ilə birgə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 50-dən artıq elmi işçisi, eləcə də bələdçiləri iştirak etmişlər və seminarlar Kompleksə aid feysbuk səhifəsində canlı yayımlanmışdır.