• office@soyqirim.az
  • (023)335-37-07
İmişli şəhərində “Heydər Əliyev ili” və 31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar İmişli Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir / 28 Fevral, 2023

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon nümayəndəliyi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və İmişli Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”, eləcə də 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar 28.02.2023-cü il tarixində İmişli Rayon Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon nümayəndəliyinin, İmişli Rayon Veteranlar Cəmiyyətinin, İmişli Rayon Musiqi Məktəbinin, Tarix Muzeyinin, rayon kitabxanasının və yerli mədəniyyət müəssisələrinin rəhbər, işçi heyəti iştirak etmişlər. Tədbir zamanı Soyqırımı Memorial Kompleksinin əməkdaşı Aysu Bülbülzadə iştirakçılara XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri, Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart fərmanı ilə bu hadisələrə siyasi qiymətin verilməsi və  azərbaycanlılara qarşı törədilmiş soyqırımların ölkə hüdudlarından kənarda tanıdılması istiqamətindəki tarixi fəaliyyəti barədə məlumat vermişdir. Daha sonra çıxış edən natiqlər soyqırımın bəşəri bir cinayət olduğunu qeyd etmişlər. Tədbirin sonunda soyqırımı hadisələri ilə bağlı sənədli film nümayiş olunmuş, mövzu ilə əlaqəli kitab və bukletlər paylanılmışdır.

Qeyd edək ki, bu il 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümüdür və müvafiq tədbirlər planına uyğun olaraq Memorial Kompleks tərəfindən silsilə tədbirlər keçirilir.

Paylaş

Spread the love