Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” tərəfindən hazırlanmış məlumat kitabçasında 1918-ci il soyqırımlarının baş verdiyi tarixi məkanlar – Tağlı körpü, Günbəzli hamam, Cümə məscidi, Qanlı dərə, Subaba türbəsi, Naməlum türk əsgərinin məzarlığı haqqında məlumat verilmişdir. Kitabça iki dildə (Azərbaycan və ingilis dillərində) nəşr olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilmiş xəritə – məlumat kitabçanın təqdimat mərasimində universitetinin rektoru Yusif Alıyev və kollektivi iştirak etmişdir.





