Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir və müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı ADPU-nun Quba filialı Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi Günəş İskəndərov mövzu ətrafında ümumi məlumat verib.
Əvvəlcə filialın Humanitar elmlər kafedrasının müdiri v.m.i.e tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında, eləcə də milli Konstitusiyamızın qəbulundakı tarixi missiyasından bəhs edib.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Azərbaycan Konstitusiyasının istiqamətləri, vətəndaş hüquq və azadlıqlarının qorunması barədə iştirakçılara geniş məlumatlar verib.
44 günülük Vətən müharibəsi və onun xalqımıza bəxş etdiyi milli qürur səltənətindən söz açan çıxışçılar diqqətə çatdırıblar ki, ulu öndər Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Azərbaycanda Konstitusiya özündə bütün hüquq və bərbaərliklə ehtiva edir.
Daha sonra tələbələrin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb.


