31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə "XX əsrin əvvəllərində Azərbaycanda müqavimət hərəkatı" mövzusunda silsilə onlayn tədbirlər keçirilir.

On the eve of the 105th anniversary of the genocide of Azerbaijanis on March 31, a series of online events on the topic "Resistance movement in Azerbaijan at the beginning of the 20th century" are being held at the "Genocide Memorial Complex" in Guba.

Belə ki, 15.02.2023-cü il tarixində Kompleksin direktoru Dr. Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilmiş I onlayn seminarda Kompleksin əməkdaşları – Mehriban Əliyeva “Quba qəzasının müdafiəçiləri – Həmdulla əfəndi”, Orxan Hüseynov “Bakı qoçuları”, Səriyyə Abidova “Qafqaz İslam Ordusnun Bakını azad etməsi”, Emin Ulubəyov isə “XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr” mövzusunda çıxışlar etmişlər.
16.02.2023-cü il tarixində keçirilmiş onlayn seminarda isə Kompleksin əməkdaşları – Lətafət Beybutova “Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrovpaşa bəy Sultanov”, Namiq Bağırlı “Cümhuriyyət fədaisi Həbib bəy Səlimov”, Ülkər Zeynalova isə “İsmayıl Ziyadxanlının siyasi-diplomatik fəaliyyəti” mövzusunda çıxışlar etmişdir.
Qeyd edək ki, onlayn seminarlarda Soyqırımı Memorial Kompleksi əməkdaşları ilə birgə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 50-dən artıq elmi işçisi, eləcə də bələdçiləri iştirak etmişlər və seminarlar Kompleksə aid feysbuk səhifəsində canlı yayımlanmışdır.