• qsmk@soyqirim.az
  • (023)336-37-07
2025-ci il – Konstitusiya və Suverenlik ili çərçivəsində də Soyqırımı Memorial Kompleksinin təşəbbüsü və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin dəstəyi ilə genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Quba İş Adamlarına Dəstək-QİAD, Xucbala İƏV, Xucbala Bələdiyyəsinin iştirakı ilə “Bir ağac – min nəfəs” şüarı altında keçirilən kampaniya 14 oktyabr tarixində Xucbala kəndində şəhid Qəhrəmanov Sənan Nəsimi oğlunun adını daşıyan stadionda təşkil olunub. Kampaniya çərçivəsində 300-dən çox ağac əkilib. Ağacəkmə kampaniyasında şəhid Qəhrəmanov Sənanın ailəsi də iştirak edib. / 15 October, 2025

Paylaş

Spread the love