• qsmk@soyqirim.az
  • (023)336-37-07
новости
Martın 7-də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Kompleksin direktoru Rəxşəndə Bayramova əməkdaşları salamlayaraq xanımları bayram münasibətilə təbrik etdi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. O, qeyd etdi ki, Azərbaycan qadınları zərif olduğu qədər də güclüdürlər. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında tam aydın görmək mümkündür. Birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimizin, dövlətçiliyimizin naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Bayram münasibətilə qadınlara gül dəstələri həmçinin hədiyyələr təqdim olundu və tədbir çay süfrəsi ilə yekunlaşdı.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları L.Beybutova, A. Turabov, İ. Aslanov, O.Orucov 07 mart 2018-ci il tarixində Quba şəhər Hikmət Hüseynov adina 4 N-li tam orta məktəbində “Tarixi həqiqətlər” adlı vətənpərvərlik mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparmışlar. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xanımsona Quliyeva vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin əhəmiyyətindən danışaraq, Kompleksin təşkil etdiyi bu layihənin tədqirəlayiq olduğunu vurğuladı. Kompleksin bələdçisi İslam Aslanov şagirdlərin soyqırımla bağlı maraqlandıqları sualları cavablayaraq, hadisələr haqqında ətraflı məlumat verdi. Bu mövzu ilə əlaqədar məktəbin IX sinif şagirdi Cəfərova Fərqanə, X sinif şagirdi Tural Əliyev daha fəal iştirak etdilər. Tədbirin sonunda Kompleksin əməkdaşları tərəfindən şagirdlərə xüsusi bukletlər təqdim olundu.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” Quba rayon Təhsil şöbəsi ilə birgə keçiriləcək silsilə tədbirlər planına əsasən 06 mart 2018-ci il tarixində Quba şəhər Zaur Cəfərov adına 3 N-li tam orta məktəbində kompleksin əməkdaşları tərəfindən seminar təşkil edilmişdir. Kompleksin əməkdaşları L.Beybutova, A.Ağamirzəyeva, O.Orucov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şagirdlərlə maarifləndirici söhbətlər aparmış və sonda şagirdlərə soyqırımla bağlı xüsusi bukletlər paylanılmışdır.
Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.
Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi  və digər qonaqlar  Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.
Belarusiya Respublikasının Ədliyyə Naziri Oleq Slijevski, Nazirlik əməkdaşları və Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov “Soyqırım memorial kompleksi”ni ziyarət
Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər.
Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç , Quba Rayon RİH in rəsmiləri və digər qonaqlar Kompleksdə olmuşlar
Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri və başqaları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
ABŞ ın Arizona ştatı nümayəndələr palatasının spikeri Ceyvan Mesnard xanımı ilə, Quba rayon RİH in rəsmiləri və digər rəsmi qonaqlar “Soyqırım kompleksi”ni ziyarət etmişlər.
Nəsimi rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Gənc İlhamçılar” Quba yay düşərgəsində istirahət edən məktəblilər  “Soyqırım kompleksi”nidə tədbir  keçirmişdirlər.
Meksikanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rodriqo Labardini və digər rəsmi qonaqlar Kompleksdə olmuşlar
1 61 62 63 64 65 66