fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Cümhuriyyət tələbələri.

Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin müvafiq qərarı ilə cəmiyyətin müxtəlif zümrələrdən olan təxminən 100 tələbə ali təhsil almaq məqsədilə Qərbi Avropa, Rusiya və Türkiyəyə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl vəsait ayrılmışdır. Göndərilənlər arasında Quba sakini Axundzadə Səməndər Zəki oğlu, Həsənov Rzaqulu İsmayıl oğlu, Xaçmaz nahiyyəsinin sakini Məmmədov Hüseynbala Cəfərqulu oğlu da var idi. Onlar Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin xüsusi qərarına əasasən, dövlət hesabına təhsillərini davam etdirmək üçün Almaniya və İtaliyaya göndərilmişdirlər.
Təhsillərini bitirdikdən sonra, tələbələrin bir qismi Sovet Azərbaycanına dönmüş, bir müddət önəmli vəzifələrdə, o cümlədən neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli sahələrdə uğurlar əldə etmişlər.
Lakin 1930-cu illərin represiya burulğanlarında tələbələrin bir qismi, Azərbaycan Xalq Cümhuriyyətinin bərpa edilməsinə cəhddə və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışlar.