• office@soyqirim.az
  • (023)335-37-07
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Xudeyri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir / 12 Fevral, 2021
Fevral ayının 12 də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Xudeyri Quba rayonunda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində cənab səfir Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir. Erməni vandallarının 1918-ci ildə Azərbaycanda, o cümlədən Qubada törətdikləri soyqırımı hadisələri haqqında ətraflı məlumatlandırılan səfir, muzeydə gördüklərindən dəhşətə gəldiyini vurğulamışdır.
Cənab səfir Haməd bin Abdullah bin Xudeyri muzeyin xatirə kitabına öz təəssüratlarını yazaraq, erməni daşnakların insanlığa sığmayan mənfur əməllərini pisləmişdir. Sonda qonağa Kompleksin direktoru Rəxşəndə Bayramova tərəfindən soyqırımı hadisələrinə həsr olunmuş müxtəlif kitabçalar o cümlədən ərəb dilində hazırlanmış tanıtım bukleti təqdim edilmişdir.

Paylaş

Spread the love