fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə “31 Mart Azərbaycanlıların Soyqırımı”nın 103-cü il dönümünə həsr edilmiş anım tədbiri təşkil edilmişdir. Anım tədbirində Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Anar Kərimov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Quba Rayonu Icra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak etmişlər / 31 Mart, 2021

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, daha sonra Memorial Kompleksdə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək, önünə gül dəstələri düzmüşlər. Tədbir iştirakçıları Kompleksin muzeyini ziyarət etməklə yanaşı “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilən foto və kitab sərgisi ilə tanış olmuşlar.