fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün: 1917 -ci ilin 26 -31 oktayabr tarixlərində Bakıda “İsmailiyyə” binasında Musavat partiyasının ilk qurultayı keçirilmişdir.
Qeyd etmək lazımdır ki, Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub və İslami xarakter daşıyırdı. 1913-cü ildə Məhəmməd Əmin Rəsulzadə muhacirətdən Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilmiş, Türkçülük ideyaları ilə dolğunlaşdırılmışdır. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti həm də Müsavat Partiyasının mətbu orqanı kimi çap olunmuşdur. Qəzet Azərbaycan mətbuat tarixində “Türk ədəbi dili ilə” çap olunan ilk mətbuu orqan olmuşdur.
Məlumdur ki, 1917-ci ilin iyun ayında “Müsavat” Partiyası ilə “Türk Ədəmi Mərkəziyyət” partiyası birləşərək “Türk Ədəmi Mərkəziyyət Partiyası – Müsavat” adlandırılmışdır. Partiyanın mərkəzi Bakıda digər şöbəsi isə Gəncə şəhərində fəaliyyətini davam etdirirdi.
Beləliklə 1917-ci ilin oktyabrında “Türk Ədəmi-Mərkəziyyət Firqəsi -Müsavat” öz proqramını elan edir. Musavat partiyasının ilk əsas sənədi məhz bu proqramın əks olunduğu sənəd olmuşdur. 500 nəfərin iştirakı ilə keçirilən qurultayda Məhəmməd Əmin Rəsulzadə çıxış edir.
Bilindiyi kimi, qurultay 76 maddədən ibarət partiyanın yeni proqramını qəbul edir. Ümumi Azərbaycan Parityası olan Musavat partiyasının proqramına dövlət və muxtariyyət, milli, dini, həqqi-əhliyyət (vətəndaşlıq), iqtisadi, maliyyə, torpaq, işçi və ədliyyə məslələri salınımışdır . O cümlədən bir çox əhəmiyyətli məslələr sənəddə öz əksini tapmışdır.
Partiyanın ikinci qurultayı 1919-cu ilin 2-12 dekabrında keçirilmişdir. Bu qurultayda yenidən M.Ə.Rəsulzadə partiyanın başqanı seçilir.