Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklər və Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı maarifləndirici görüş keçirilmişdir. / 6 Mart, 2026
Görüşdə Şabran Regional İdarəsinin əməkdaşları ilə yanaşı, Çıraqqala–Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları da qonaq qismində iştirak etmişlər.
Tədbir çərçivəsində tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin tətbiqi, abidələrin mühafizəsi üzrə məsul şəxslərin vəzifələri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, abidələrin qorunmasına məsul olan əməkdaşların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüş tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsində hüquqi biliklərin artırılması və bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Paylaş