Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması və “irs Dostu” könüllü proqramı çərçivəsində könüllülərin cəlb edilməsinə dair görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov tarix-mədəniyyət qoruqlarının idarə olunmasının təkmilləşdirilməsi, mədəni irsin qorunması və bu sahədə ictimai iştirakçılığın artırılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, tarix-mədəniyyət qoruqlarının inkişafı üçün investisiyaların cəlb edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını qeyd edib.
Görüşdə qoruqların inkişafı ilə bağlı görüləcək işlər və könüllü proqramının icrasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.




